0 C
Baku
Friday, February 28, 2025

Bank depozitlərindəki dedollarizasiya davam edir

2024-cü ildə manatla olan depozitlər 11.4% artaraq 23.4 milyard manata çatıb, xarici valyutada olan depozitlər isə 1.5% artaraq 13.8 milyard manat olub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün açıqladığı Pul siyasəti icmalında bildirilir.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi ilin sonunda 33.6% olub.

Qeyri-rezidentlər xaric, yerli əhalinin əmanətlərinin dollarlaşması 30.6% olub.

Hüquqi şəxslərin depozitlərində isə xarici valyutanın payı 3.6 faiz bəndi azalaraq 39.4% olub.

Dekabr ayında manatla yeni cəlb edilmiş depozit faizləri 8.3%, xarici valyutada cəlb edilmiş depozit faizləri isə 3.4% olub.

435435435345Dekabr ayında manatla yeni cəlb edilmiş depozit faizləri 8.3%, xarici valyutada cəlb edilmiş depozit faizləri isə 3.4% olub.

Son xəbərlər
Digər xəbərlər