Azərbaycan Mərkəzi Bankı “İcraçı Kredit Agentliyi” MMC BOKT və “LEVEL LEASING” MMC-ni cərimələyib.
Banker.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə “İcraçı Kredit Agentliyi” MMC BOKT və “LEVEL LEASING” MMC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq hər biri 2000 manat məbləğində cərimə edib.
MEAS qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunverciliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur.
MEAS-ın məqsədləri:
- investorlara və qiymətli kağızlar bazarının digər iştirakçılarına dəqiq və dolğun məlumatların çatdırılması;
- açıqlanan məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması;
- investorlarla informasiya əlaqəsinin effektivliyinin artırılması;
- məlumatların bir mənbədən və ödənişsiz qaydada əldə edilməsi;
- məlumatlara nəzarətin effektivliyinin təmin edilməsi və informasiya asimmetriyasının aradan qaldırılması.