0 C
Baku
Friday, February 28, 2025

Kim Çen In nüvə silahlarını hazır vəziyyətdə saxlamağı əmr edib

Şimali Koreya lideri Kim Çen In strateji qanadlı raketlərin sınaqdan çıxarılmasına nəzarət edib. O, həmçinin ölkənin ən effektiv müdafiəsini təmin edəcək nüvə silahından istifadə etməyə tam hazır olmağı əmr edib.

Bu barədə “Korean Central News Agency” (KCNA) məlumat yayıb.

KİV-in məlumatına görə, KXDR-də qanadlı raketlərin son sınağı “təhlükəsizlik mühitini ciddi şəkildə pozan və qarşıdurmanın genişlənməsinə töhfə verən düşmənləri” xəbərdar etmək, həmçinin “KXDR-in müxtəlif nüvə əməliyyat imkanlarının hazır olduğunu” nümayiş etdirmək məqsədi daşıyır.

Son xəbərlər
Digər xəbərlər