Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Bununla bağlı Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Xəbərdarlığa əsasən, martın 1-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə gecə və səhər arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün isə 3.5-5.5 m.çatacağı proqnozlaşdırılır