ABB “Fayda Max” loyallıq proqramının ən yüksək və eksklüziv mərhələsi olan “Prime”-ı təqdim edir! “Prime” mərhələsi ABB-nin loyal və imtiyazlı müştəriləri üçün yaradılıb. Bu mərhələni tamamlayan müştərilər sadəcə keşbek və bonuslardan deyil, eksklüziv xidmətlərdən və üstün təcrübələrdən də faydalanacaqlar:
• “OneRepublic” qrupunun konsertinə 2 bilet hədiyyə!
• Skybox biletləri ilə kinoteatrlarda VIP təcrübə!
• İstanbul və Dubay hava limanlarında xüsusi qarşılama xidməti!
• Xaricdə pulsuz roaminq!
• Özəl restoranlarda səhər və şam yeməyi!
• “Afternoon tea” və “premium brunch”lar!
• SPA və Wellness xidmətləri!
• Golf dərsləri və fərqli idman tədbirləri!
İmtiyazlar bununla bitmir. Sizi gözləyən başqa üstünlüklər də var:
• Filiallarda növbəsiz xidmət!
• Məlumat Mərkəzində növbəsiz xidmət!
• İnvestisiyalarda 30% keşbek!
• DigiDeposit gəlirinə 10% keşbek!
• 1.3x “Faydalı keşbek” – qazandığınız “Faydalı keşbek” məbləği 1.3 əmsalı ilə artırılır, daha çox gəlir əldə edirsiniz!
• Onlayn kredit ödənişi faizinə 10% keşbek!
• Ölkədaxili digər bankların debet kartlarına aylıq 30 000 AZN-ə qədər komissiyasız köçürmə imkanı!
• 2x “ƏDV geri al”!
“Prime” mərhələsi 1 martdan aktivdir. Bu mərhələyə keçmək üçün ya “Qızıl” mərhələni üç dəfə tamamlamalı, ya da ABB-nin imtiyazlı müştərilərindən olmalısınız. “Fayda Max” proqramı barədə ətraflı məlumatları buradan əldə etmək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.