11 C
Baku
Friday, December 19, 2025

Bank ərazi bütövlüyü uğrunda gedən döyüşənlər üçün aksiya keçirir

Azər Türk Bank Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin müalicəsinə yardım məqsədilə qanvermə aksiyası keçirəcək.

Banker.az xəbər verir ki, aksiya bankın Bakı şəhəri, C.Məmmədquluzadə küç. 85; 192/193 ünvanında yerləşən baş ofisində təşkil olunacaq. Bank əməkdaşları yaralanmış hərbi qulluqçularımızın müalicəsinə kömək məqsədilə qan verməklə ordumuza dəstək nümayiş etdirəcək. Azər Türk Bank döyüşlərdə şəhid olmuş bütün hərbçilərimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralı döyüşçülərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzulayır.

 

Son xəbərlər
Digər xəbərlər