5 C
Baku
Tuesday, March 4, 2025

“Azəralüminium”un xalis mənfəəti kəskin azalıb – Səbəb?

“Azəralüminium” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin idarəetməsi müddəti olan 2023-cü ili mənfəətlə başa vursa da, gəlirlər və xalis mənfəət baxımından ciddi azalma qeydə alınıb. Əsasən satışların azalması və əməliyyat mənfəətinin sıfıra yaxınlaşması bu nəticələrə təsir göstərib.

Banker.az xəbər verir ki, alüminim istehsalçısı “Azəralüminium”un xalis mənfəəti 2023-cü ildə 3.08 milyon manat təşkil edib. Halbuki, 2022-ci ildə bu göstərici 27.71 milyon manat idi. Bu, xalis mənfəətin 24.64 milyon manat və ya 88.9% azaldığını göstərir.

Qeyd edək istehsalçı müəssisənin hesabatı düz bir il sonra açıqlanıb.

Şirkətin 2023-cü il üzrə maliyyə hesabatına əsasən, gəlirlər 2022-ci illə müqayisədə azalıb. 2023-cü ildə şirkətin ümumi gəliri 247.37 milyon manat olub ki, bu da əvvəlki ilin 286.72 milyon manatlıq gəliri ilə müqayisədə 39.35 milyon manat və ya 13.7% azalma deməkdir.

Satışın maya dəyəri də müəyyən artımla 235.72 milyon manata yüksəlib (2022: 232.24 milyon manat). Bunun nəticəsində ümumi mənfəət kəskin azalıb – 2022-ci ildə 54.48 milyon manat olan bu göstərici 2023-cü ildə 11.65 milyon manata düşüb. Azalma məbləği 42.83 milyon manat, faizlə isə 78.6%-dir.

Ümumi və inzibati xərclər 5.70 milyon manat olub ki, bu da 2022-ci illə müqayisədə 168 min manat və ya 3% artım deməkdir. Satış və paylanma xərcləri isə əhəmiyyətli dərəcədə azalıb – 2022-ci ildə 12.47 milyon manat olan bu xərc 2023-cü ildə 5.90 milyon manata düşüb (6.57 milyon manat və ya 52.7% azalma).

Bu dəyişikliklər fonunda şirkətin əməliyyat mənfəəti kəskin azalıb. 2022-ci ildə 36.48 milyon manat olan əməliyyat mənfəəti 2023-cü ildə cəmi 56 min manata düşüb.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Azərbaycan Prezidentinin fərmanı “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilib. Sərəncama əsasən, Korporasiyanın “Azərbaycan alüminiumu” ASC,  “Azəralüminium” MMC və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

332132131345555

333 343443

Son xəbərlər
Digər xəbərlər