8 C
Baku
Tuesday, March 4, 2025

Azərbaycan Sənaye Korporasiyasının 5 şəxslə müştərək biznes açdığı məlum olub

Azərbaycan Sənaye Korporasiyasının (ASK) nizamnamə kapitalında iştirak etdiyi “Alza Palace” Mənzil-Tikinti Kooperativinin (MTK) həmtəsisçiləri məlum olub.

Banker.az xəbər verir ki, şirkətin ilkin nizamnamə kapitalı 0,1 AZN müəyyən edilib. Kapital hər biri 0,02 AZN nominal dəyərə malik 100 səhmə bölünüb.

Şirkətin pay bölgüsü isə aşağıdakı kimidir:

  • Azərbaycan Sənaye Korporasiyası” ASC – 20%
  • “Sevinc M” MMC – 20%
  • Həziyev Əli Həsən oğlu – 20%
  • Abbasov Mahir Sovet oğlu – 20%
  • Kərimov Elman Nəcəf oğlu – 20%

“Alza Palace” MTK istehlak kooperativi kimi 14 sentyabr 2023-cü ildə təsis edilib. Şirkət premium yaşayış binalarının tikintisi ilə məşğul olması məqsədi ilə təsis edilmişdi.

MTK-nın rəhbəri Əli Həziyev olub və o, eyni zamanda şirkətin həmtəsisçilərindən biridir.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Azərbaycan Prezidentinin fərmanı “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilib. Sərəncama əsasən, Korporasiyanın “Azərbaycan alüminiumu” ASC,  “Azəralüminium” MMC və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

alza

Son xəbərlər
Digər xəbərlər