8 C
Baku
Sunday, December 21, 2025

Maliyyə Nazirliyi 15 mln. manatlıq dövlət istiqrazları buraxır

Aprelin 5-də “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin tədavül müddəti 91 gün olan 15 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 56,5 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 15 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 97.1000 (gəlirlilik 12.1455 faiz), orta ölçülmüş qiyməti isə 97.3346 (gəlirlilik 11.1361 faiz) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti iyulun 5-dir.

Son xəbərlər
Digər xəbərlər