10 C
Baku
Thursday, March 6, 2025

ARDNF-in maliyyə aktivlərinin idarə edilməsindən gəliri açıqlanıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2015-2024-cü illərdə maliyyə aktivlərinin idarə edilməsindən ümumi gəliri 7,2 milyard ABŞ dolları təşkil edib.

Bunu ARDNF-in Risklərin idarəedilməsi departamentinin Aktivlərin bölgüsü, risk və gəli̇rli̇li̇yi̇ şöbəsi̇nin müdiri Toğrul Rəhimbəyli 2024-cü ilin investisiya yekunları və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə bildirib.

“Bu məbləğin 2,7 milyard ABŞ dollarını istiqrazlara, 3,5 milyard ABŞ dollarını səhmlərə, 1 milyard ABŞ dollarını isə daşınmaz əmlaka investisiya qoyuluşundan əldə edilən gəlirlər təşkil edib”, – o qeyd edib.

T. Rəhimbəyli vurğulayıb ki, ARDNF öz strategiyası çərçivəsində gəlirliliyi artırmaq məqsədilə portfelin şaxələndirilməsini həyata keçirir.

“Daşınmaz əmlak və səhmlərin payının nisbətən az olmasına (cəmi 21 %) baxmayaraq, onların ümumi mənfəətə töhfəsi təxminən 63 % təşkil edib”, – o əlavə edib.

T.Rəhimbəyli vurğulayıb ki, son 7 ildə ARDNF-in investisiya portfelinin orta illik gəlirliliyi 3 % təşkil edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər