“Dünyanın müxtəlif yerlərində 500-dən çox daşınmaz əmlak obyektində bizim payımız var”.
Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Media Dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri” adlı tədbirində İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov deyib.
O qeyd edib ki, keçən il ərzində qızıl alışları bərpa olunub: “İl ərzində təxminən 45 tona yaxın qızıl külçələri alınıb və ötən ilin sonuna ümumi qızıl portfelimiz 147 tona yaxın olub. Bu il ərzində də qızıl alışlarımızı davam etdirəcəyik. Qızılın fondun investisiya siyasətinin aktiv bölgüsündə 25 faiz paya çatdırılması nəzərdə tutulur”, – deyə F.Zeynalov əlavə edib.