13 C
Baku
Sunday, March 9, 2025

Trampın Kanada, Meksika və Çin mallarına tətbiq etdiyi gömrük rüsumları qlobal valyuta bazarlarına necə təsir edir?

ABŞ prezidenti Donald Tramp 1 fevral 2025-ci ildə Meksika, Kanada və Çin malları üçün yeni gömrük rüsumları haqqında fərman imzalayıb. Yeni qaydalar 4 mart 2025-ci ildə rəsmən qüvvəyə minib.

  • Kanada və Meksika mallarına 25%-lik rüsum tətbiq edilib (Kanada enerji daşıyıcıları üçün 10%).
  • Çin mallarına artıq mövcud olan rüsumlara əlavə olaraq 10% vergi qoyulub. Sonradan bu rəqəm 20%-dək artırılıb.

Ticarət tariflərinin valyuta və inflyasiyaya təsiri

  • Xarici mallara gömrük rüsumları qoyulduqda, onların qiyməti ABŞ istehlakçıları üçün bahalaşır. Bu da həmin mallara olan tələbi və o malları almaq üçün lazım olan valyutaya tələbi azaldır. Nəticədə, bu valyutalar dəyər itirir, ABŞ dolları isə bahalaşır.
  • Əgər digər ölkələr ABŞ mallarına cavab rüsumları tətbiq etsə, bu, dolların kursunun aşağı düşməsinə səbəb ola bilər.
  • Tariflər inflyasiyanı artıra bilər, çünki idxal malları bahalaşır. Bu da Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artırmaq ehtimalını gücləndirər, nəticədə depozit faizləri yüksələ bilər.
  • Lakin inflyasiya uzun müdət davam edərsə, istehlakçı xərcləri azalır. Şirkətlər də istehsal xərclərinin artmasına görə xərclərini azaldır. Bu, ölkənin investisiya cəlb etmə qabiliyyətini və valyutasına olan tələbi azalda bilər.

Valyuta bazarlarındakı volatillik kimə xeyirdir, kimə ziyandır?

  • Volatillik investisiya bankları və broker şirkətləri üçün mənfəətli ola bilər, çünki onlar kurs dalğalanmalarından qazanc əldə edə bilər.
  • Beynəlxalq ticarətlə məşğul olan şirkətlərə bu qeyri-sabitlik ziyandır, çünki onlar valyuta risklərini idarə etmək üçün əlavə maliyyə vəsaiti xərcləməli olurlar.Xarici aktivlərə investisiya qoyanlar da bu risklərlə üzləşir.

Capture 2

 Ticarət rüsumları ABŞ dolları, Kanada dolları, Meksika pesosu və yuana necə təsir edir?

  • Fevral 2025-in əvvəllərində dollar inflasiya gözləntiləri və faiz dərəcələrinin enmə tempinin azalması səbəbi ilə dünyanın bir çox valyutasına nisbətən bahalaşıb.
  • Kanada dolları və Meksika pesosu ABŞ dollarına qarşı dəyər itirib. Analitiklər bu valyutaların minimum səviyyələrə yaxın qalacağını proqnozlaşdırır.
  • Yuanı qorumaq üçün Çin Xalq Bankı valyuta bazarına intervensiya edib, dövlət istiqrazlarının alışını dayandırıb. Bu addım yanvar 2025-də yuanın dəyər itirməsinin qarşısını almağa kömək edib.

 

Son xəbərlər
Digər xəbərlər