7 C
Baku
Sunday, March 9, 2025

Türkiyədən Azərbaycana hazır geyim ixracı azalıb

Türkiyə 2025-cü ilin fevral ayında Azərbaycana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz azalaraq 3 milyon 894 min 55 dollara çatdırıb.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 faiz azalaraq,7 milyon 503 min 7 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5 faiz azalaraq, 2 milyon 770 min 450 dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 1 milyon 358 min 571 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 9,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 17 milyon dollar məbləğində hazır geyim ixrac edib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər