7 C
Baku
Sunday, March 9, 2025

Azərbaycanda bu tarixlərdə qısaldılmış iş günü olacaq

Azərbaycanda 7 mart və 19 mart qısaldılmış iş günüdür.

Banker.az xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü, 20-24 mart tarixlərində Novruz bayramı, həmçinin 30 və 31 mart Ramazan bayramı iş günü hesab edilməyən rəsmi bayram günləri kimi qeyd olunur.

Bu il 22 və 23 mart tarixləri bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Əmək Məcəlləsinin 108-ci maddəsi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti tənzimləyir.

Həmin maddəyə əsasən, Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Son xəbərlər
Digər xəbərlər