15 C
Baku
Thursday, March 13, 2025

Holdinqin kommandit ortaqlığının kapitalı ₼18.5 mln.-a çatdırılıb

“PASHA Holding” MMC-yə yaxın kommandit ortaqlığı “PAŞAİNVEST I MMC”nin nizamnamə kapitalı son bir ildə 6 dəfə artırılıb.

Banker.az xəbər verir ki, “PAŞAİNVEST I MMC” K.O.-nun nizamnamə kapitalı 15.8 milyon manat (15 801 397 manat) və ya 572.8% artımla 18.6 mln. manata (18 560 105 manat) qaldırılıb.

Son bir ildə şirkətin kapitalı üç dəfə müxtəlif həcmlərdə artırılıb.

Şirkət 2022-ci ildə 1000 manat ilə ünvanında qeydiyyata alınmışdı. Şirkətin direktoru Nəriman Sərdarlı Həsən oğludur.

Qeyd edək ki, Kommandit ortaqlığı — ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı – maya qoyanı (kommanditçi) vardır.

 

Son xəbərlər
Digər xəbərlər