27 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “EMBAFİNANS” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Banker.az xəbər verir ki, qeyd olunan AZ2014020609 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.03.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 və 3.19 bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | BOKT “EMBAFİNANS” QSC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2014020609 |
| İstiqrazların növü və forması | İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı |
| Ticarət üsulu/forması | Kütləvi / Birqəymətli |
| İstiqrazların sayı | 2,000 ədəd |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| İstiqrazların buraxılış həcmi | 2,000,0000 manat |
| İllik gəlirlilik faizi | 13% |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə) |
| Tədavül müddəti | 1 il |
| Hərrac qiyməti* | 1,000 manat |
| Reallaşdırılmış həcm | 2,000,0000 manat |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 2,000,0000 manat |
| İnvestor sayı | 4 |
| Sifariş sayı | 4 |
| Anderrayter | “Unicapital İ.Ş.” QSC |








