Nəqliyyat Nazirliyinin daha bir funksiyası ləğv edilib.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyihaqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.
Əsasnaməyə əsasən Nəqliyyat Nazirliyinin funksiyaları sırasına avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə icbari qaydada sığortalanmasına nəzarət etmək daxil olub.
Fərmana əsasən, Nəqliyyat Nazirliyinin bu funksiyası ləğv edilib.
-APA






