Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sabah danışıqlar aparacaqlar.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüş A.Lukaşenkonun Rusiyaya səfəri çərçivəsində baş tutacaq.
“Bu, Lukaşenkonun Belarus dövlətinin başçısı vəzifəsinə yenidən seçilməsindən sonra ilk xarici səfəri olacaq”, – məlumatda bildirilib.
İki ölkənin liderləri inteqrasiya perspektivlərini və aktual beynəlxalq məsələləri, həmçinin beynəlxalq gündəliyin aktual mövzularını müzakirə edəcəklər.
Danışıqların yekunları üzrə bir neçə birgə sənəd imzalanacaq.