Bakı Fond Birjası (BFB) istiqraz bazarlarında daha çox dövlət müəssisələrinin və korporativ emitentlərin bazara cəlb edilməsini hədəfləyir.
Bunu Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov 12-ci Beynəlxalq “Caspian Investment Forum”da bildirib.
Onun sözlərinə görə, BFB-nin 2024-2026-cı illər üzrə strateji inkişafı 2 istiqamətdə qurulub: “Bunlar səhm və istiqraz bazarının qurulmasıdır. İstiqraz bazarlarında biz daha çox dövlət müəssisələrinin və korporativ emitentlərin bazara cəlb edilməsini hədəfləyirik. Səhm bazarında isə daha çox korporativ və dövlət müəssisələrinin eyni dərəcədə səhm bazarına cəlb edilməsini, ilkin kütləvi təklifə (İPO) təşviq edilməsi ilə bağlı işlər aparırıq”.
O qeyd edib ki, hər iki istiqamətdə xüsusi əhəmiyyət kəsb edən təşəbüsslər maliyyə məlumatlılığının və kapital bazarları haqqında məlumatlılığı artılması hədəfləyir.