Azərbaycan Mərkəzi Bankı (AMB) gələcəkdə emissiya prospektlərinin hazırlanmasında süni intellektin tətbiqi imkanlarını araşdırır.
Bunu AMB-nin Qiymətli kağızların qeydiyyatı şöbəsinin müdiri Asəf Məmmədov 12-ci Beynəlxalq “Caspian Investment Forum”da bildirib.
Onun sözlərinə görə, innovativ həllərin tətbiqi istisna olunmur və bu sahədə mümkün yeniliklər daim nəzərdən keçirilir.
Bundan əlavə, anderrayterlərin roluna toxunan A.Məmmədov, investisiya şirkətlərinin fəaliyyətinin təkcə emitentlərin bazara çıxışına dəstək verməklə məhdudlaşmamalı olduğunu qeyd edib.
“Onların effektiv fəaliyyəti daha keyfiyyətli emissiya prospektlərinin hazırlanmasına və qeydiyyat prosesinin sürətləndirilməsinə mühüm töhfə verə bilər”, – deyə o vurğulayıb.