®Bank BTB-nin elan etdiyi Bahar Kampaniyası təcili pula ehtiyacı olan şəxslərə əlverişli güzəştlər təqdim edir. Kampaniya çərçivəsində qızıl və qızıl zinət əşyalarınızı girov qoymaqla ən uzunmüddətli krediti 48 ay müddətinədək əldə edə bilərsiniz. Qeyd edək ki, təqdim edilən qızıl və qızıl zinət əşyaları sıfır xidmət haqqı ilə, yüksək dəyərlə bank tərəfindən qiymətləndirilir və kredit dərhal rəsmiləşdirilir. Kredit rəsmi iş yeri olmadan, tək şəxsiyyət vəsiqəsi ilə təqdim olunur.
Kampaniyanın şərtlərinə uyğun olaraq:
– Nağdlaşdırma komissiyası – 0 AZN
– Qiymətləndirmə xərci – 0 AZN
– Rəsmiləşdirmə komissiyası – 0 AZN
Onu da bildirək ki, kampaniya 16 may tarixinədək qüvvədədir.
Bank BTB-nin təqdim etdiyi kampaniyalar barədə ətraflı məlumat almaq üçün Bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi sayt vasitəsilə müraciət edə bilərsiniz.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.