8 C
Baku
Monday, December 22, 2025

Daha bir qurum Dünya Bankı ilə kredit sazişi imzalayıb

“Azəravtoyol” ASC ilə Dünya Bankı arasında “Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə” üzrə kredit sazişi ilə bağlı görüş keçirilib.

ASC-dən verilən məlumata görə, görüşdə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Dünya Bankın Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko, Nazirlər Kabinetinin nümayəndələri, həmçinin cəmiyyətin və bankın məsul şəxsləri iştirak ediblər.

Görüşdən foto |APA
Görüşdən foto |APA

Kredit sazişini S. Məmmədov və L. Lesçenko imzalayıblar.

“Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə” üzrə kredit sazişi çərçivəsində 140 mln. dolları həcmində kredit vəsaitin ayrılması nəzərdə tutulub.

Kredit sazişində Azərbaycan hökumətinin payı 43,5 mln. dollarıdır.

Kredit məbləğinin 3 komponentin maliyyələşdirilməsinə yönləndirilməsi nəzərdə tutulub. Bu magistral yolların istismarı islahatlarının dəstəklənməsi, layihənin idarə edilməsi və institusional dəstək, həmçinin magistral yolların tikintisi komponentləridir.

26a85fd57444696d9154d083bf774ed3
Görüşdən foto |APA

Magistral yolların tikintisi komponentinə Bakı-Şamaxı avtomobil yolunun 15-45 və 45-91-ci km-lik hissələrinin Ib texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsinin tamamlanması, həmçinin 13,3-15 və 91-107 km-lik hissələrinin Ib texniki dərəcəyə uyğun olaraq yenidənqurulması layihələri daxildir.

Qeyd edək ki, Bakı-Şamaxı avtomobil yolunun 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsi üzrə yerinə yetirilmiş fiziki işlərin həcmi 70%-dən artıqdır. Layihəyə uyğun olaraq yolun eni 27,50 m., ayrıcı zolağın eni 5 m., hərəkət hissəsinin eni 15 m., çiyinlərin eni isə 7.5 m-dir.

Kredit sazişi çərçivəsində Bakı-Şamaxı avtomobil yolunun 13,3-15 və 91-107-ci km-lik hissələrinin də genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə tender və layihə – smeta sənədləri hazırlanır. Sözügedən layihə çərçivəsində yolun ümumi eni 29,5 m., ayırıcı zolağın eni 1m, bərkidici zolaq 1.5 m., hərəkət zolağının sayı 4 və 6 ədəd, hərəkət hissəsinin eni 9 və 15 m., səkilərin eni isə 3 metr olması nəzərdə tutulub.

 

APA-Economics

Son xəbərlər
Digər xəbərlər