Azərbaycan səhiyyəsində rəqəmsallaşma gedir.
Bu barədə XII Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur: “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu istiqamətdə işlər aparır və inanırıq ki, yaxın zamanlarda bu tətbiq genişləndiriləcək və digər tibbi sahələri də əhatə edəcək”.