19 C
Baku
Monday, March 17, 2025

Finlandiya ABŞ-yə yumurta ixracını dayandıracaq

Finlandiya hakimiyyət orqanları bürokratik çətinlikləri əsas gətirərək, məhsul çatışmazlığı ilə üzləşən ABŞ-yə toyuq yumurtası tədarükünü razılaşdırmaqdan imtina edib.

Bu barədə yerli “Yle” teleşirkəti məlumat yayıb.

“Razılaşdırılmış qaydalar olmadıqda, ixraca başlamaq asan deyil”, – Finlandiya Quşçuluq Assosiasiyasının icraçı direktoru Veera Lehtilya deyib.

Onun fikrincə, Finlandiya ixraca başlasa belə, bunun ABŞ-yə o qədər də faydası olmayacaq. “Quş qripi”nə görə milyonlarla quşu öldürməli olduq. Finlandiyada cəmi 4 milyon yumurta verən toyuq var. Bizim əldə edə biləcəyimiz məbləğ yumurta qıtlığı problemini həll etməyəcək”, – o əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər