2025-ci ilin yanvar-fevral ayında Azərbaycan 288 milyon 940 min dollar dəyərində 16 758 ədəd cəmi avtomobil idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 17%, miqdar ifadəsilə 26% artıb.
O cümlədən, 2024-cü ilin yanvar-fevral ayında isə Azərbaycana 247 milyon 613 min dollar dəyərində 13 299 ədəd cəmi avtomobil gətirilib.
Bu ilin 2 ayında Azərbaycana minik avtomobillərinin idxalı 15 309 ədəd ikən, əvvəlki ildə 12 023 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 27.3% artıb.