20 C
Baku
Tuesday, March 18, 2025

“Azelektromaş”ın ötən il mənfəəti 2 dəfədən çox azalıb

“Azelektromaş” ASC 2024-cü ili 181 404 manat xalis mənfəət ilə başa vurub. 2023-cü ildə şirkətin mənfəəti 423 843 min manat olub ki, bu da illik müqayisədə 2.3 dəfə azalma deməkdir.

Banker.az şirkətin maliyyə vəziyyəti haqqında olan hesabatlarına istinadən xəbər verir.

“Azelektromaş”ın əsas əməliyyat gəlirləri 2023-cü ildə 3 milyon 438 min manat ikən, ötən il 2 milyon 8 min manata düşüb. Ötən il şirkətin işçi heyəti üzrə xərcləri 231 min manatdan 266 min manata, amortizasiya xərcləri 13 min manatdan 16 min manata çatıb.

Qeyd edək ki, “Azelektromaş”ın fәaliyyәt növü elektron vә optik avadanlıqların tәmiridir. Şirkətin nizamnamə kapitalı 4 min manatdır və qanuni təmsilçisi Əli Teymurovdur.

Son xəbərlər
Digər xəbərlər