7 C
Baku
Thursday, March 20, 2025

“A-Qroup Sığorta” şirkətinin mənfəəti 5 dəfə, gəlirləri isə 14% azalıb

“A-Qroup Sığorta” ASC 2024-cü ili 143 222 manat mənfəətlə başa vurub. 2023-cü ildə sığorta şirkətinin mənfəəti 698 897 manat olub ki, bu da illik müqayisədə 4.9 dəfə azalma deməkdir.

Banker.az bu barədə şirkətin hesabatına istinadən xəbər verir.

Ötən il “A-Qroup Sığorta”nın gəlirləri 21 milyon 676 min manat (əvvəlki ilə nisbətən 14.3% az), xərcləri isə 21 milyon 497 min manat (12% az), mənfəət vergisi ödəmələri isə 35 805 manat (5.2 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “A-Qroup Sığorta”nın aktivləri 27 milyon 692 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 2% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6.3% azalaraq 14 milyon 70 min manata düşüb, kapitalı isə 12.5% artaraq 13 milyon 622 min manata çatıb.

Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər