15 C
Baku
Monday, March 31, 2025

Rusiya aviaşirkəti Bakıya uçuşları bərpa edir

Rusiyanın “Red Wings” aviaşirkəti Moskva yaxınlığındakı Jukovski hava limanından Bakıya birbaşa müntəzəm uçuşları bərpa edəcək.

Bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.

İlk uçuş aprelin 27-nə planlaşdırılıb.

Aviareyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri həyata keçiriləcək, təyyarə yerli vaxtla saat 16:20-də yola düşəcək, saat 21:40-da isə əks istiqamətdə uçacaq. Uçuş müddəti təxminən 3,5 saat təşkil edəcək.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər