18 C
Baku
Sunday, September 29, 2024

“Apple” ABŞ hökumətinə “iPhone”ları “sındırmağı” qadağan etdi

 

Məşhur Amerika şirkəti “Apple” Boston məhkəməsinin (Massaçusets ştatı) tələbi ilə cinayətkar dəstəyə daxil olan şəxslərin iPhone smartfonlarını “sındırıb” məlumatları ələ keçirməkdə hökumətə kömək etməkdən imtina edib.

Bu barədə cümə günü “Reuters” agentliyinin jurnalistlərinə şirkətin nümayəndələri məlumat veriblər.

Mart ayının sonunda hökumət “Apple” şirkətinin yardımı olmadan terrorçunun “iPhone”undakı məlumatlara giriş edə bildi.

Məhkəmənin sənədlərində göstərilir ki, “Apple” hüquq-mühafizə orqanlarına cihazların yoxlanması və “mümkün olduğu təqdirdə” onların məlumat bazasına daxil olaraq əldə olunan informasiyaları başqa daşıyıcıya köçürmək məsələsində kömək etməlidir. Şirkətin nümayəndələri məhkəmənin qərarına öncəki sorğulara olduğu kimi yenə də təkziblə cavab veriblər. Bu ilin fevral ayında Riversayd məhkəməsi (Kaliforniya ştatı) “Apple” şirkətindən Kaliforniyada terror aktı həyata keçirmiş Səid Farukun smartfonunu qırmaqdaFederal Təhqiqat Bürosuna (FBI) yardım etməyi tələb etmişdi.

O zaman şirkətin rəhbəri Tim Kuk bildirmişdi ki, FTB-nin tələbi mübahisə edilə bilər, çünki artıq hökumətə sözügedən smartfondan istintaq üçün gərəkli ola bilən informasiyalar təqdim edilib. O qeyd edib ki, xüsusi xidmət orqanlarına smartfonları “qırmaq” üçün gərəkli olan proqramı təhvil verə bilməzlər. Belə ki, bu, digər istifadəçilər üçün də təhlükəli olacaq.

Mart ayının sonunda hökumət “Apple” şirkətinin yardımı olmadan terrorçunun “iPhone”undakı məlumatlara giriş edə bilib. Bununla da məhkəmənin həmin hökmü ləğv edilib.

Ötən ilin 2 dekabr tarixində Faruk və onun həyat yoldaşı Teşfin Malik San-Bernardino şəhərində yerləşən əlillərə yardım mərkəzinə daxil olaraq avtomat silahlardan atəş açmağa başlayıblar. Nəticədə 14 nəfər həlak olub, 21 nəfər yaralanıb. Cinayətkarlar tutularaq zərərsizləşdiriliblər.

 

San-Bernardino şəhərində baş verən hadisə
San-Bernardino şəhərində baş verən hadisə

ANS-PRESS

Son xəbərlər
Digər xəbərlər