Bank kartlarından onlayn yolla 16 min manat oğurlandı

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ayrı-ayrı şəxslərin bank kartlarından ümumilikdə 16.200 manat pulu onlayn yolla oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Bakı şəhər sakini 29 yaşlı Kənan Bayramzadə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

MənbəMODERN.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər