21 C
Baku
Tuesday, May 6, 2025

“Atəşgah Sığorta”nın maliyyə vəziyyəti açıqlandı

“Atəşgah Sığorta” ASC 2024-cü ili 3 milyon 355 min manat xalis mənfəətlə başa vurub. 2023-cü ildə sığorta şirkətinin mənfəəti 437 min manat olub ki, bu da 8 dəfəyə yaxın artım deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Atəşgah Sığorta”nın gəlirləri 69 milyon 654 min manat (illik müqayisədə 2 dəfə çox), xərcləri 65 milyon 460 min manat (2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 839 min manat təşkil edib.

“Atəşgah Sığorta”nın hesabladığı sığorta haqları 2023-cü ildə 45 milyon 870 min manat ikən, 2024-cü ildə 76 milyon 453 min manata yüksəlib. Şirkətin sığorta ödənişləri isə 18 miylon 741 min manatdan 29 milyon 15 min manata qalxıb.

 

Son xəbərlər
Digər xəbərlər