Müasir Türkiyə dünyanın yeddinci, Avropanın isə birinci ən böyük kənd təsərrüfatı istehsalçısıdır. Bunu Dünya Bankının məlumatları da təsdiqləyir.
Bu sözləri Ankarada Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek deyib.
Şimşek kənd təsərrüfatı sektorunu ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün strateji əhəmiyyətli səylər sahəsi adlandırıb. “Fermerlərə dövlət dəstəyi davam edir. Bu, təkcə maliyyə deyil, həm də texnoloji və meliorasiya sahələrinə aiddir. Biz fermerlərə təkcə sözdə deyil, əməldə də kömək edirik”, – deyən nazir qeyd edib ki, təkcə bu il fermerlərə dəstək üçün 706 milyard lirə vəsait ayrılması nəzərdə tutulur.
Onun sözlərinə görə, qlobal kənd təsərrüfatı məhsulları bazarında Türkiyənin mövqeyi güclənir. “Aqrar sahə ixracın idxalı açıq-aşkar üstələdiyi iqtisadiyyatdır”, – deyən Şimşek diqqəti ölkədə qiymət sabitliyinin təmin edilməsi istiqamətində görülən işlərə də diqqət çəkib. O, 2027-ci ilə qədər Türkiyədə inflyasiyanın səviyyəsinin birrəqəmli səviyyəyə düşəcəyini bildirib.