7 C
Baku
Saturday, April 19, 2025

“Bloomberg”: Maskın sərvəti $298 milyarda düşüb

İlon Maskın sərvəti 298 milyard dollara düşüb, ilin əvvəlindən o, 130 milyard dollardan çox itirib, lakin hələ də planetin ən varlı adamı olaraq qalır. Bunu “Bloomberg” agentliyinin dərc etdiyi “Bloomberg Billionaire Index”in məlumatları sübut edir.

Bildirilir ki, İlon Mask, “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq, Amerikanın “Berkshire Hathaway” holdinqinin rəhbəri Uorren Baffet və “Oracle”ın həmtəsisçisi Larri Ellison səhm bazarlarında baş verən dalğalanmalar səbəbindən bir neçə saat ərzində hər biri ən azı 10 milyard dollar itirib.

Daha əvvəl xəbər verildiyi kimi, ABŞ Hökumətinin Effektivliyi Agentliyinə (DOGE) rəhbərlik edən Mask birbaşa Trampdan qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarına yenidən baxılmasını istəyib. Lakin “The Washington Post”un yazdığına görə, heç bir nəticə olmayıb.

Aprelin 2-də Tramp 185 ölkəyə qarşı gömrük rüsumu tətbiq etdiyini açıqlayıb. Rusiya bu siyahıda yoxdur. 10%-lik vahid tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflərin isə aprelin 9-da qüvvəyə minəcəyi gözlənilir. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib.

Son xəbərlər
Digər xəbərlər