Avstraliyada hava proznozu vermək üzrə Weather Lottery adlı lotereya işə başlayıb. Lotoreyanın qaydalarına görə, ayda 25$ ödəməklə həftənin 7 günü üçün rəqəm seçmək lazımdır və seçilən rəqəmlər konkret şəhərə aid olmalıdır. Hava haqqında dəqiq proqnoz isə hər gün , gün yarısında elan edilir. 1 milyon dolları udmaq üçün isə, proqnoz onluğa qədər dəqiq olmalıdır. Misal üçün Sidneydə havanın tempraturu 30.6 dərəcəyə bərabərdirsə, proqnozda məhz bu formada olmalıdır.
Qeyd edək ki, hər aylıq ödənişin 5$ xeyriyyə fonduna köçürülür.