10 C
Baku
Tuesday, April 15, 2025

OPEC Azərbaycanda gündəlik neft hasilatı ilə bağlı göstəriciləri açıqlayıb

Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 473 min barel səviyyəsində olub, bu da mart ayının göstəricisi ilə müqayisədə 2 min barel azdır.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında bildirilib.

Məlumata görə, bu ilin yanvar ayında qeyd olunan göstərici 466 min barel, fevralda isə 475 min barel təşkil edib.

Bildirilir ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 471 min barel səviyyəsində olub, bu da 2024-cü ilin dördüncü rübünün göstəricisi (487 min barel) ilə müqaisədə 16 min barel azdır.

Sənəddə bildirilir ki, ötən il Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 482 min barel səviyyəsində olub, bu da 2023-cü ilin göstərici (504 min barel) ilə müqayisədə 22 min barel azdır.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılaşmaya görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Beləliklə, Azərbaycan bu ilin mart ayında “OPEC+” çərçivəsində kvotadan 78 min barel geridə qalıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər