Beynəlxalq Enerji Agentliyi (EIA) 2025-ci ildə qlobal neft hasilatının artım proqnozunu gündəlik 26 min barel – 1,24 milyon barelə qədər azaldıb, gündəlik hasilat orta hesabla 104,25 milyon barel həcmində gözlənilir.
Bu barədə agentliyin aylıq hesabatında bildirilir.
“Proqnozlara görə, qlobal neft təklifi 2025-ci ildə orta hesabla gündəlik 1,3 milyon barel artaraq 104,3 milyon barelə çatacaq, 2026-cı ildə isə əlavə 950 min barel artım olacaq – bu, tələbatın artımı üzrə müvafiq olaraq gündəlik 730 min barel və 690 min barel təşkil edən qiymətləndirmələrimizdən yüksəkdir”, – hesabatda qeyd olunub.
Ötən illə müqayisədə bu il dünyada gündəlik neft hasilatı 1,24 milyon barel artaraq 104,25 milyon barelə çatacaq.
EIA gələn il qlobal neft hasilatının gündəlik daha 950 min barel artaraq 105,2 milyon barel təşkil edəcəyini proqnozlaşdırır.