Yay istrahətlərinin sonuna az qalıb. İş adamlarının böyük qismi artıq qızğın iş şəraitinə hazırlaşırlar. Amma problemi olan adamın işinin keyfiyyətinə bir az şübhə ilə yanaşanlar az deyil.
Bəs sizə istrahətin təsiri necə olmuşdur? Siz öz problemlərinizi həll etməyə qadirsinizmi?
Aşağıdakı suallara cavab verməklə öz problemlərinizi həll etməyə qadir olub-olmadığınızı, həyatınızın necə keçməsinə nəzarət edib-etmədiyinizi öyrənə bilərsiz.
Qeyd: Hər bir cavabın qarşısında rəqəm (bal) vardır. Seçdiyiniz cavabın qarşısındakı rəqəmləri toplayın,sonra nəticələrlə tanış olun.
1. Siz öz problemləriniz, xoşagəlməz hadisələr barədə danışırsınızmı?
a) yox, bu mənə kömək etməz (3)
b) hə, əgər bunun üçün yaxşı həmsöhbət varsa (1)
c) həmişə yox – insanlara öz qayğıları kifayət edir (2)
2. Xoşagəlməz hadisələri çox pis keçirirsinizmi?
a) həmişə çox ağır (4)
b) hər şey şəraitdən asılıdır (0)
c) barışıram – çünki hər bir xoşagəlməz hadisənin sonu yetişir (2)
3. Siz nədənsə kədərlənmisiniz. Belə hallarda nə edirsiniz?
a) uzun müddət arzuladığım bir şeyi həyata keçirirəm (0)
b) yaxşı dostlarımın yanına gedirəm (2)
c) evdə oturub özümə “rəhmim” gəlir (4)
4. Yaxın adam xətrinizə dəymişdir. Siz nə edərsiniz?
a) “öz qiyafəmdə gizlənərəm” (3)
b) izahat tələb edərəm (0)
c) eşitmək istəyən hər kəsə danışaram (1)
5. Xoşbəxt dəqiqələrdə…
a) bədbəxtlik barədə düşünmürəm (1)
b) xoşbəxtliyin tez bir zamanda keçəcəyi həyəcanı məni qorxudur (3)
c) unutmuram ki, həyatda acılar da az deyil (5)
6. Psixiatrlara münasibətiniz necədir?
a) onların xəstəsi olmaq istəməzdim (4)
b) onlar çox insana kömək edə bilər (2)
c) insan özü özünə kömək etmək iqtidarındadır (3)
7. Sizin fikrinizcə, tale…
a) daim sizi sınağa çəkir (5)
b) sizə qarşı ədalətsizdir (2)
c) sizə qarşı xeyirxahdır (1)
8. Sevdiyiniz insanla küsdükdən sonra hirsiniz soyuyur, o zaman nə fikirləşirsiniz?
a) keçmişdə onunla olan ən yaxşı şeylər barədə (1)
b) gizli intiqam barədə (2)
c) ondan çəkdiklərim barədə (3)
TESTİN NƏTİCƏLƏRİ:
7-15 bal. Siz xoşagəlməz hadisələrlə, hətta bəlalarla barışırsınız, belə ki, onları düzgün qiymətləndirə bilirsiniz. Sizin özünüzə rəhm etməyə meylli olmamağınız dəyərlidir (çoxlarına bu xas deyil). Sizin ruhi tarazlığınız qürur hissi doğurur.
16-26 bal. Siz tez-tez taleyinizdən şikayət edirsiniz, problemlərinizi başqalarının üzərinə atmağa üstünlük verirsiniz. Sizə kiminsə təsəllisi lazımdır. Bəlkə özünüzü ələ almağı öyrənəsiniz?
27-36 bal. Siz hələ öz bəlalarınızla bacara bilmirsiniz. Yəqin ki ona görə bəlalar sizə əzab verir. Siz özünüzə qapanırsınız, özünüzə yazığınız gəlir. İradəli xasiyyətiniz varsa, problemlər və xoşagəlməz hadisələrin öhdəsindən uğurla gələcəksiniz. Onlar həyat boyu tək sizi izləmir.