ABŞ prezidenti DonaldTrampın rüsum siyasəti ilə əlaqədar Yaponiyanın iri avtomobil istehsalçısı “Nissan” istehsal prosesini azaltmağı planlaşdırır.
Bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, may ayından iyul ayına kimi avtokonsern Yaponiyanın cənub-qərbində yerləşən Kusyu zavodunda “Rogue” yolsuzluq avtomobillərinin istehsalı planını 13 min ədədə qədər azaldacaq.
2024-cü ildə “Rogue” Nissanın ABŞ-də ən çox satılan modeli olmuşdu: il ərzində 246 min avtomobil satılmışdı. Bu “Nissan”ın regiondakı ümumi satış həcminin dördə birindən çoxunu təşkil edir.