16 C
Baku
Wednesday, November 5, 2025

Türkiyə Rusiyadan neft alışını bərpa edib

Türkiyənin ən böyük neft emalı zavodu “Tupras” Rusiyadan Urals neftinin alışını bərpa edib, bu barədə “Reuters” yazıb. Aprel ayında şirkət Rusiyadan hər biri 100 min ton olmaqla üç partiya neft alıb.

Xatırladaq ki, “Tupras” 2025-ci ilin əvvəlində ABŞ-nin Rusiyanın enerji sektoruna tətbiq etdiyi sanksiyalar fonunda Rusiya neftinin alışını dayandırıb. “Reuters” mənbələrinin bildirdiyinə görə, şirkət xam neftin qiyməti 60 dollar/barel-dən aşağı düşdükdən sonra Urals neftinin tədarükünü bərpa edib.

“Kpler” analitika şirkətinin məlumatına görə, 2024-cü ildə “Tupras” gündəlik 225 min barel Rusiya nefti idxal edib. Şirkət alışların dayandırıldığını fevralın 19-da təsdiqləyib. Aprelin 8-də Urals markalı neftin bir barelinin qiyməti 60 dollardan, aprelin 10-da isə 50 dollardan aşağı düşüb.

Son xəbərlər
Digər xəbərlər