12 C
Baku
Wednesday, December 11, 2024

Sizi rüşvətlə ələ almaq olarmı?

Doğruluq – dəyərli keyfiyyətdir. Bəzən biz özümüz bu keyfiyyətə malik olub-olmadığımızı bilmirik. Əlbəttə ki, bir hadisə baş verməyincə.

Aşağıdakı test sizin “Mən” tərəfindən bu məsələyə aydınlıq gətirməkdə kömək edər.

1,3,4,5,7,8 və 9 sualı üçün hər bir “hə” cavabına və 2,6,10 suallrına “yox” cavabları üçün 2 bal hesablayın.  Qalan hallarda ballar hesablanmır.

1. Sizi nəyəsə asan inandırmaq olurmu?

2. Siz asılı insansınız?

3. Kompromislətə rahat gedirsinizmi?

4. Panika əhvallarına məruz qalırsınızmı?

5. Başqalarına rüşvət verdiyiniz hallar olubmu?

6. Taleyinizin asılı olduğu müdirinizin və ya başqa şəxsin fikrinə zidd getmək üçün cəsarətiniz çatırmı?

7. Hər hansı şəxsə münasibətiniz onun sizə olan diqqətinizdən asılı ola bilərmi?

8. Siz “Məqsəd vəsaiti doğruldur” ifadəsi ilə razılaşırsınızmı?

9. Çoxlu tanışı, lakin dostu olmayan insanlara aidsinizmi?

10. Özünüzü hətta heç bir pis iş görmədikdə belə, tez-tez günahkar hiss edirsinizmi?

Testin nəticələri

0-6 bal. Siz sakit, prinsipial və özünüzə inanan insansınız. Siz çox ehtimal ki, düzgün adamsınız.

8-14 bal. Siz bir qərar verə bilmir, ona görə tərəddüd edirsiniz.  Sizi tez yoldan çıxarmaq olur, başqasının təsirinə tez düürsünüz. Əgər siz bir qədər möhkəm olsanız və öz qiymətinizi qaldırmasanız, sizi ələ ala bilən insandan asılı vəziyyətə düşəcəksiniz.

16-20 bal. Siz hər şeydən və hamıdan asılısınız, sizin “mən” zəifdir və prinsipsiz insansınız. Beləcə, satın alınan insan dərəcəsinə çata bilərsiniz. Oradan isə satqınlığa qədər cəmi bir addımdır.

 

Son xəbərlər
Digər xəbərlər