2 C
Baku
Saturday, December 14, 2024

Güc nədədir: Pulda və yaxud düşüncədə?

Belə bir geniş yayılmış fikir mövcuddur ki, varlı insanla yoxsul insanın arasındakı əsas fərq onların sahib olduğu pulun həcmi ilə ölçülür. Əslində isə bu cəfəngiyyatdır. Doğrudur, bu ideya müəyyən mənada həqiqət payına sahib olsa da, bu riyazi, yəni kənar amildir.

Həqiqətdə isə varlı insan (daha dəqiq desək sahibkar fəaliyyəti ilə məşğul olan şəxs) ilə yoxsul insan arasında əsas fərq müxtəlif düşüncə tərzindədir.

Bir dəfə Henri Ford-dan soruşmuşlar:

-Bütün sərvətinizi itirsəniz nə edərsiniz?

-Hər şeyi sıfırdan başlayardım və artıq 5 ildən sonra eyni maliyyə uğuruna sahib olardım – deyə Ford cavab verir.

Bu sübut olunmuş faktdır! Öz biznesinə sahib olan bir sahibkar müəyyən müddətdən sonra bütün sərvətini itirdiyi halda təslim olmur və böyük ehtimalla itirdiyi bütün sərvəti yenidən qazanacaq. Yox əgər yoxsul bir şəxs qəfil olaraq varlanarsa (miras, lotereya) tezliklə, çox böyük ehtimalla yenidən o pullara həsrət qalacaq. Çünki yoxsul şəxs əlində olan sərvəti artırmaq üçün cəsarətli addımlar atmayacaq. O bütün bunları isə “səhv etmək qorxusu” amilinə görə edəcək. Məhz səhv etməkdən qorxmaq hissi məktəb illərindən başlayaraq bütün həyatımız boyu bizi müşahidə edir. Bəs bu nəyə görə baş verir?

Hər şey çox sadədir. Cəmiyyətin əsas ideyası NİYƏ? və HANSI SƏBƏBƏ GÖRƏ? sualını verməyən ixtisaslı “İcraçılar” hazırlamaqdır.

Bütün qorxularınızı unudun. Səhv etməkdən əsla çəkinməyin. Bir çox insanın əsas qorxusu planlarının baş tumayacağı və yaxud yatırdığı pullardan fayda qazanmayacağıdır. Bu risklərdən qorxmaq lazım deyil, bu baş verdiyi halda belə bu səhvdən dərs çıxarın və gələcək addımlarınız üçün təcrübə qismində istifadə edin.

Unutmayın ki, hərəkətsizlilik, risklərdən qaçmaq özü ən böyük riskdir. Əsl sahibkarlar seçilməkdən və yaxud məğlubiyyətə düçar olmaqdan qorxmurlar. Hər yıxılan əlbət ayağa qalxacaq! Onlardan dərs çıxarın.

Son xəbərlər
Digər xəbərlər