2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3 milyard 249.2 milyon manat, büdcə xərcləri isə 3 milyard 643.3 milyon manat təşkil etmişdir.
Banker.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.
Bu da illik müqayisədə büdcə gəlirləri 2 mlrd. 19 mln. dollar və ya 38 faiz azalmış olub.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ərzində ARDNF-nin büdcə gəlirləri 5 milyard 268.3 milyon manat, büdcə xərcləri isə 3 milyard 205.4 milyon manat təşkil etmişdir.
2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 17.2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 milyard 251.9 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765.3 milyon manat təşkil etmişdir.
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 2 milyard 1.6 milyon manat, Şahdəniz yatağından isə 181.9 milyon manat məbləğində vəsait daxil olmuşdur.