Dubayın İslam və xeyriyyəçilik işləri üzrə departamenti (IACAD) yeni fətva çıxarıb. Bu fətva, sahibinin icazəsi olmadan Wi-fi şəbəkəyə qoşulmağı qadağan edir.
Departamentin saytında istifadəçilərdən biri qonşunun Wi-fi istifadə haqqında sual yerləşdirib və bundan sonra İACAD rəsmi olaraq bununla bağlı fətva vermişdir. Bu fətvada eləcədə, wifi qoşulduqdan sonra sahibinin internet sürətinin azalmasının baş verməsi kimi nüanslarda aydınlaşdırılmışdır.