“Metropark Ticarət və Əyləncə Mərkəzi” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Metropark Ticarət və Əyləncə Mərkəzi” MMC-nin vergi borcu 67 314.06 manatdır. Bu vergi borcu 17.04.2025-ci il tarixinə olan məlumatdır.