“Bitcoin”in qiyməti 6% artaraq 93,9 min dollara çatıb. Bu kriptovalyutanın ümumi bazar kapitallaşması 1,862 trilyon dollara çatıb. Beləliklə, “Bitcoin” 1,859 trilyon dollar kapitallaşmaya malik “Google”u geridə qoyub.
“Bitcoin” dünyanın ən bahalı aktivləri reytinqində beşincidir – birinci yerdə qızıl (22,327 trilyon dollar), ikinci yerdə “Apple” (3 trilyon dollar), üçüncü və dördüncü yerlərdə isə müvafiq olaraq “Microsoft” (3,726 trilyon dollar) və “Nvidia” (2,412 trilyon dollar) qərarlaşıb.
Hər üç korporasiyanın səhmləri dünən, aprelin 22-də bahalaşıb və bu gün də yüksəlməyə davam edir. Analitiklər onların artımını, eləcə də “Bitcoin”in qiymətinin qalxmasını ABŞ və Çin arasında ticarət münaqişəsində yaxşılaşma əlamətləri ilə əlaqələndirirlər. “S&P 500” indeksi bu gün, aprelin 23-də 1,65%, NASDAQ isə 2,42% bahalaşıb.