16 C
Baku
Thursday, April 24, 2025

Pakistan Hindistan üçün hava məkanını bağlayıb

Pakistan Kəşmirdə törədilən terror aktından sonra hava məkanını Hindistan aviaşirkətləri üçün bağlayıb, bu barədə “Bloomberg” yazır.

“The New York Times” bildirir ki, Hindistan və Pakistan arasında yeni münaqişə başlaya bilər. Aprelin 22-də Hindistanın Kəşmir bölgəsinin Pahalqam şəhərində terror aktı baş verib. Pakistanın dəstəklədiyi “Kəşmir Müqaviməti” qrupu Baisaran vadisində cığırda turistlərə atəş açıb. Nəticədə 26 nəfər həlak olub.

Yeni Dehlidəki Pakistan Ali Komissiyasının müdafiə, ordu, donanma və hava qüvvələri üzrə müşavirləri persona non qrata elan edilib. Onların ölkəni tərk etmək üçün bir həftə vaxtı var. Eyni zamanda, pakistanlıların Hindistana girişi qadağan ediləcək, ölkələr arasındakı Attari keçid məntəqəsi isə bağlanacaq.

Son xəbərlər
Digər xəbərlər