14 C
Baku
Thursday, April 24, 2025

Dövlət ən iri 5 bankda 500 milyon manat depozit yerləşdirdi

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.

Banker.az bu barədə nazirliyə istinadən xəbər verir.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7,04 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər