Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-mart aylarını 0.18 milyon manat zərərlə başa vurub. Ötən ilin eyni dövründə kredit ittifaqları 0.8 milyon manat zərərlə başa vurmuşdur ki, bu da illik müqayisədə 78% çoxdur.
Banker.az bu barədə Mərkəzi Bankın statistikasına istinadən xəbər verir.
Yanvar-mart aylarında kredit ittifaqlarının gəlirləri 0.5 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 0.5 milyon manat təşkil edib.
Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 12.5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0.8% azdır. Bunun 10.7 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 2% kiçilib.