11 C
Baku
Tuesday, April 29, 2025

Azərbaycanda mobil bankçılıq əməliyyatlarının ümumi məbləği 7 %-dən çox azalıb

Bu ilin I rübündə Azərbaycanda 13,732 milyard manatlıq mobil bankçılıq əməliyyatları aparılıb.

Mərkəzi Bankın məlumatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % azdır.

Bununla belə, son 1 ildə mobil bankçılıq əməliyyatlarının sayı isə 39,5 % artaraq 169 213-ə çatıb.

Bundan başqa, yanvar-mart aylarında ölkədə internet bançılıq əməliyyatlarının ümumi məbləği 6,8 % artaraq 63,296 milyard manata, sayı isə 28,7 % artaraq 5 978-ə çatıb

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər