10 C
Baku
Wednesday, April 30, 2025

“Azəriqaz”: Qaz təchizatının fasiləsizliyini 5 qat artırmağı hədəfləyirik

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Azərbaycanda qaz təchizatının fasiləsizliyini 5 qat artırmağı hədəfləyir.

Bunu “Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev deyib.

“Texniki itkiləri 50%-dən çox azaltmaq, plastik yeraltı qaz xətlərinin tətbiqi ilə şəbəkənin 10000 + kilometrlik hissəsini modernizasiya etmək, müştəri məmnuniyyəti indeksini 1-ci pilləyə yüksəltmək, qaz şəbəkəsini rəqəmsallaşdıdmaqla Dövlət Neft Şirkəti (SOCAR) qrupunda aparıcı innovativ şirkət olmaq, bir kilometr üzrə kapital xərclərini 15%-ə qədər azaltmaq da hədəflərimiz sırasındadır”, – deyə Nail Abdullayev əlavə edib

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər